Aİ-nin mülki missiyasını tənzimləyəcək saziş imzalanacaq

Aİ-nin mülki missiyasını tənzimləyəcək saziş imzalanacaq Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının mülki monitorinq missiyasını tənzimləyəcək sazişin imzalanacağını açıqlayıb.
Paşinyan bunu Almaniya Kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında bildirib.
“Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı şəkildə tənzimlənir. Lakin missiyanın fəaliyyətini tənzimləyəcək saziş müzakirə olunmalı və imzalanmalıdır”, - deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət Aİ-nin yeni mülki missiyası yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər