Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri”nə başlanılıb

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri”nə başlanılıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Tarix və coğrafiya fakültəsində “Heydər Əliyev dərsləri”nin ilk məşğələsi keçirilib.
Mərkəzin müdiri Tahir Süleymanov “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda məruzə ilə çıxış edib.
Sonra dünyanın tanınmış dövlət rəhbərlərinin, görkəmli politoloq və yazıçıların Ulu Öndər haqqında söylədiyi fikirləri əks etdirən slaydlar nümayiş olunub.
Daha sonra məşğələ iştirakçıları Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər.
Məşğələ sual-cavab formasında davam edib, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən dərslər ilin sonunadək universitetin bütün fakültələrində təşkil olunacaq.

Tehsil-press.az




Oxşar xəbərlər