Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan “Ulu Öndər” sənədli filminin təqdimatı keçirilib.
ADMİU-nun Kino və televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyevin quruluşçu rejissoru olduğu filmdə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif məqamlarını əhatə edən kadrlar öz əksini tapıb. Filmin redaktoru İradə Soltanova, prodüseri Üzlüfət Qasımovadır.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyub, əziz xatirəsini yad ediblər.
Universitetin Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbində keçirilən tədbirdə rektor, professor Ceyran Mahmudova dahi rəhbər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Rektor bildirib ki, ulu öndər Heydər Əliyev görkəmli siyasətçi və qüdrətli dövlət xadimidir. “Ulu öndər Heydər Əliyevin həyatına və fəaliyyətinə həsr olunmuş incəsənət əsərlərinin hazırlanması olduqca əhəmiyyətlidir. Müdrik rəhbər Heydər Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına həsr edib”- deyə Ceyran Mahmudova bildirib.
Rektor ümummilli lider Heydər Əliyevin təhsilə, mədəniyyətə və incəsənətə xüsusi önəm verdiyini vurğulayıb. Qeyd olunub ki, Ümummilli Lider Azərbaycan təhsilinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına daim diqqət göstərib.
Professor Ceyran Mahmudova professor Rafiq Quliyevin çəkdiyi filmin əhəmiyyətindən və bədii məziyyətlərindən bəhs edib.
Sonra “Ulu Öndər” filmi nümayiş etdirilib.
Rektorun humanitar məsələlər üzrə müşaviri, Əməkdar incəsənət xadimi, professor Aqşin Babayev, tarzən, Xalq artisti Zamiq Əliyev, elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə ulu öndər Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, zəngin dövlətçilik təcrübəsinin, əbədiyaşar ideyalarının əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, ADMİU-da çalışan müəllimlərin əksəriyyəti Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləridir və onlar Heydər Əliyevin mədəniyyətə göstərdiyi qayğının canlı şahidləridir.
Çıxış edənlər müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıblar.
Tehsil-press.az