Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb. Bildirilib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olub. Ulu Öndərin siyasəti nəticəsində Azərbaycan inkişaf edib, onun beynəlxalq aləmdə nüfuzu yüksəlib, ölkəmiz yeni iqtisadi uğurlara imza atıb.
Ümummilli Liderin Bakı Dövlət Universitetinin ən böyük məzunu olduğu qürur hissi ilə vurğulanıb.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafına çalışıb. Dahi rəhbər Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Fakültənin II kurs tələbəsi Lalə Bağırova qeyd edib ki, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri dövlətçilik salnaməsində xüsusi irs yaradıb. Azərbaycan gəncləri Ümummilli Liderin siyasi irsini dərindən öyrənməlidirlər.
Sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tehsil-press.az