Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Heydər Əliyev Lektoriyasında Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə dəyirmi masa keçirilib.
Tədbirə başlamadan öncə Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə filialın tədris və elmi işlər üzrə direktor müavini dosent Şasəddin Mikayılov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Tədbir zamanı məruzə ilə çıxış edən filialın sosial və pedaqoji elmlər kafedrasının müdiri Mayıl Alıcanov bildirib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib.
Sonra “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir”, “Uğurlu təhsil islahatının banisi Heydər Əliyev”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” və “Heydər Əliyevin multikulturalizm siyasəti” mövzularında məruzələr dinlənilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş təqdimat və videoçarxlar nümayiş etdirilib.
Tehsil-press.az