Türkiyə müxalifətinin prezidentliyə namizədi bəlli oldu

Türkiyə müxalifətinin prezidentliyə namizədi bəlli oldu Türkiyədə mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində müxalifətin namizədi açıqlanıb.
“Altılı” masanın namizədi Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu olub.
Qeyd edək ki, bir qədər əvvəl CHP, Demokratik Partiya, Səadət Partiyası, DEVA Partiyası, İyi Partiya və Gələcək Partiyası rəhbərlərinin görüşü başa çatıb. Uzun sürən müzakirələrdən sonra “Altılı masa”nın prezidentliyə ortaq namizədi ilə bağlı razılığa gəlinib.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının prezidentliyə namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır.

Tehsil-press.az

Oxşar xəbərlər