Elmi fəaliyyətin etikası - diskussiya

Elmi fəaliyyətin etikası - diskussiya Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı çərçivəsində İqtisadiyyat Nazirliyi İqtisadi Elmi-Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin birinci müavini, UNEC-in Rəqəmsal Texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Arzu Hüseynovanın iştirakı ilə “Elmi fəaliyyətin etikası” mövzusunda tədbir keçirilib.
Tədbirdə Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırıb.
Sonra professor Arzu Hüseynova elmə verilən dəyərdən və elmi fəaliyyətdə etik qaydalardan bəhs edib. Eyni zamanda, elmi fəaliyyət etikasının təsnifatı, yaranma zərurəti, elmi etik normalar və elmi etikanın prinsiplərini diqqətə çatdırıb, dünyanın məşhur alimlərinin elmi etika ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.
Görüşdə professor-müəllim heyəti və tələbələrlə elmi etika ilə təhsil etikası arasındakı əlaqə müzakirə edilib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər