Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyev İli”nə həsr edilən Elm festivalına start verilib. Festival 27 Mart – Azərbaycanda Elm Gününədək davam edəcək.
Festivalın açılışında “Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar, imkanlar və mürəkkəb vəzifələrin həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov Elm festivalının keçirilməsinin əsas məqsədinin elmin populyarlaşdırılması olduğunu diqqətə çatdırıb. Bildirib ki, festival çərçivəsində konfrans, dəyirmi masalar, elmi-praktik seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, kitab sərgisi və müxtəlif mövzularda 20-dən çox tədbir keçiriləcək.
Tədbirdə iştirak edən akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolundan danışıb. Akademik Ulu Öndərin Azərbaycan aliminə və elminə hər zaman diqqət və qayğı ilə yanaşdığını, onun rəhbərliyi ilə bu sahədə ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini bildirib.
Milli Məclisin deputatı Etibar Əliyev elmin populyarlaşması, xüsusilə də regionlarında bu sahəyə diqqətin artırılmasının vacibliyindən söz açıb. Deputat elmə verilən dəyərin dəyişdiyini diqqət çatdıraraq, alimlərin də paradiqmaları dəyişməli olduğunu vurğulayıb.
UNEC rektorunun fəxri müşaviri Fərrux Tuzçuoğlu isə ali təhsil sisteminin beynəlmiləlləşməsindən danışaraq, bu istiqamətdə UNEC və Sakarya Universitetinin təcrübəsini bölüşüb.
Tədbirin moderatoru, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov UNEC-in elmi fəaliyyətində yeni idarəçilik modeli barədə təqdimatla çıxış edib. O, elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, tədqiqat universitetinə keçid, strateji hədəflər, UNEC-in nüfuzlu elmi nəşr platformalarındakı göstəricilərinin analitik təhlili, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verib.
Konfrans işini panel diskussiyalarla davam etdirib.
Elm festivalı çərçivəsində UNEC Kitabxana İnformasiya Mərkəzi tərəfindən təşkil olunan kitab sərgisində Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyevdən bəhs edən kitablar nümayiş olunub.
Tehsil-press.az