Tələbələr ADPU-nun UNESCO klubunun rəhbər vəzifələrinə seçildilər

Tələbələr ADPU-nun UNESCO klubunun rəhbər vəzifələrinə seçildilər Azərbaycan UNESCO Klubları Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) UNESCO klubu fəaliyyət göstərir.
UNESCO klubunda müxtəlif vəzifələr üzrə vakansiyalar elan edilib. Müsahibədən uğurla keçən Filologiya fakültəsinin tələbələri Əhmədağa Babaşov klubun prezidenti, Banuçiçək Nəcəfzadə isə vitse-prezidenti vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm və mədəniyyət sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan-UNESCO münasibətləri müstəqil şəkildə inkişaf etməyə başlayıb və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər nəticəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
UNESCO-nun ölkələrlə əməkdaşlığı müxtəlif təsisat, platforma və proqramlar üzərindən həyata keçirilir. Belə platformalardan biri də UNESCO klublarıdır. Hazırda bu klubların sayı 78 ölkəni əhatə etməklə, ümumilikdə 4194-ə çatıb. Bu cür klubların yaradılmasının əsas məqsədi UNESCO-nun elm, təhsil və mədəniyyət sahələrində ideya və prinsiplərinin geniş təbliğ olunması, habelə qeyd olunmuş sahələrdə həm ölkədaxili, həm də beynəlxalq müstəvidə təcrübə mübadiləsinin həyata keçirilməsidir. UNESCO klubları vasitəsilə uşaq və gənclər müxtəlif yerli və beynəlxalq layihələrə və könüllülük fəaliyyətinə cəlb olunurlar.

Tehsil-press.az

Oxşar xəbərlər