Azərbaycan və Türkiyənin UNESCO üzrə milli komissiyalarının birgə təşkilatçılığı ilə iki ölkədə qeyri-maddi mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərən UNESCO kafedraları arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr edilmiş onlayn iclas keçirilib.
Tədbirin məqsədi AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyətə başlamış “Aşıq Şəmşir xalq musiqi irsi və dastançılıq ənənələri” UNESCO Kafedrası ilə Ankara Hacı Bayram Vəli Universitetinin Türk Folkloru Təcrübə və Araşdırma Mərkəzində fəaliyyət göstərən “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” UNESCO Kafedrası arasında əməkdaşlığı təşviq etmək, qeyri-maddi mədəni irsin qorunması sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək və milli komissiyalar arasında fevralın 5-də keçirilmiş onlayn iclasda razılaşdırılmış istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək olub.
Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycanın sahib olduğu zəngin mədəni irsin qorunması və dünyada tanıdılması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb. O, həmçinin UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının sıx əlaqələrindən danışaraq qeyri-maddi mədəni irsin qorunması sahəsində əməkdaşlığın praktiki əhəmiyyətini qeyd edib, eləcə də iki ölkənin iştirakı ilə UNESCO-ya təqdim edilən qeyri-maddi mədəni irs sahəsində olan nominasiyalardan bəhs edib.
UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz çıxışında yaxından əməkdaşlığa görə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təşəkkürünü ifadə edib və iki ölkənin milli komissiyaları arasında qeyri-maddi mədəni irs sahəsi ilə yanaşı, mədəni və təbii irs, UNESCO-nun müxtəlif proqramları üzrə də mütəmadi görüşlərin təşkil edilməsinin vacibliyinə toxunub.
Daha sonra tədbir iştirakçıları tərəfindən qeyri-maddi mədəni irsin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən işlərdən və perspektiv layihələrdən danışılıb, türkdilli ölkələrin bu istiqamətdə əməkdaşlığı ilə bağlı təkliflər səsləndirilib, həmçinin qeyri-maddi mədəni irs sahəsində UNESCO kafedralarının sayının artırılması istiqamətində və ümumi maraq kəsb edən digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, “Aşıq Şəmşir xalq musiqi irsi və dastançılıq ənənələri” UNESCO Kafedrası və “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” UNESCO Kafedrasının, eləcə də hər iki ölkənin aidiyyəti qurumlarının 30-dək nümayəndəsi iştirak edib.
Tehsil-press.az