UNEC Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

UNEC Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Rektor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Britaniya Krallığının “Creative Spark” layihəsi çərçivəsində universitetdə həyata keçirilən tədbirlər, eləcə də UNEC-in Britaniya Krallığı universitetləri ilə əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb. UNEC-lə səfirliyin birgə təşkilatçılığı ilə “İngilis Dilinin Tədrisi üzrə Beynəlxalq Forum”un keçirilməsi haqqında tərəflər arasında ilkin razılıq əldə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər