Putindən Azərbaycanla bağlı tapşırıq: Tezləşdirin!

Putindən Azərbaycanla bağlı tapşırıq: Tezləşdirin! Rusiya Prezidenti Vladimir Putin Dağıstan-Azərbaycan-İran yolunun tikintisini tezləşdirməyi təklif edib.
Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Dağıstan-Azərbaycan-İran yolunun tikintisini sürətləndirməyi və maliyyə mənbələrini dəqiqləşdirməyi tapşırıb. Rusiya Prezidentinin sözlərinə görə, Şimal-Cənub dəhlizi kimi, bu yola da hər zaman ehtiyac olacaq.
O vurğulayıb ki, mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, yolun inşasına bütün tərəflər razılıq verib.

Tehsil-press.az


Oxşar xəbərlər