Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Hadisə Abşeron rayonu ərazisində baş verib.
Belə ki, onun idarə etdiyi “Lexus 570 LX” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Tehsil-press.az

Oxşar xəbərlər