“Qazel” qəzasında biri azyaşlı olmaqla 3 nəfər öldü

“Qazel” qəzasında biri azyaşlı olmaqla 3 nəfər öldü Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qaracəmirli-Stansiya avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “Qazel” markalı sərnişin mikroavtobusu ilə “VAZ 2107” avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər ölüb. 10-a yaxın şəxs yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ölən şəxslərin kimliyi məlum olub. Belə ki, “07”nin sürücüsü, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadi Zirəddin oğlu, onun anası 1945-ci il təvəllüdlü Sücayət Gülməmmədova və sürücünün qardaşı oğlu 3 yaşlı Ayxan Gülməmmədov qəza nəticəsində vəfat ediblər.
***
Qəza zamanı 3 nəfər dünyasını dəyişib, 7 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, 6-nın vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir.

Elmar Əli

Oxşar xəbərlər