Biləsuvarda eyni yolda ikinci qəza oldu, sürücü öldü

Biləsuvarda eyni yolda ikinci qəza oldu, sürücü öldü Biləsuvar- Bəhramtəpə magistralında ağır yol qəzası baş verib.
Hadisə magistralın Biləsuvar rayonunun Səmədabad kəndindən keçən hissəsində baş verib.
Belə ki, eyni istiqamətdə hərəkətdə olan "Man" markalı yük avtomobili qarşıda gedən digər yük avtomobilinə - "Kamaz"a çırpılıb. Zərbənin təsirindən "Kamaz" yoldan çıxaraq aşıb.
Ağır yol qəzasında "Man" markalı yük avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.
"Kamaz" markalı yük avtomobilinin Salyan rayonu Şorsulu kəndindən olan sürücüsü və sərnişinləri- Qafarov Yasər Ağahüseyin oğlu (1997-ci il), Əliyev Gülağa Urfan oğlu (1995-ci il) və Miriyev Böyükağa Ağalar oğlu (1996-cı il) bədənin müxtəlif nahiyələrinin əzilməsi, sıyrılması yaraları alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, həkimlərin müayinəsi və yardımından sonra amblator müalicəyə buraxılıblar.
Qeyd edək ki, bu gün sözügedən ərazidə günün ikinci yarısında da minik avtomobilinin aşması nəticəsində avtomobil qəzası baş verib.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az



Oxşar xəbərlər