Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi müzakirə olundu

Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi müzakirə olundu ABŞ-nin Nyu-York şəhərində keçirilib BMT Su Konfransı çərçivəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu arasında ikitərəfli görüş təşkil olunub.
Görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması məsələləri və Azərbaycanın bu çərçivədə fəaliyyətləri müzakirə edilib.
Qeyd edək ki, Nyu-Yorkda keçirilən BMT-nin Su Konfransında Azərbaycanın nümayəndə heyəti də iştirak edir. Konfrans çərçivəsində martın 24-də Azərbaycanın bu sahədə təcrübələrinə dair xüsusi sessiya keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər