Ərdoğandan Nyu-Yorkda iki mühüm görüş

Ərdoğandan Nyu-Yorkda iki mühüm görüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında baş katib Antonio Quterreş və Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşüb.
Ərdoğan Quterreşlə görüşündə Türkiyə və BMT arasındakı işbirliyini daha da gücləndirmək məsələsini, Suriya və regional məsələləri müzakirə edib.
Abe ilə görüşdə isə Türkiyə-Yaponiya arasında ikitərəfli əlaqələr haqda danışılıb. Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hülusi Akar, səhiyyə naziri Fəxrəddin Qoca, sənaye və texnologiya naziri Mustafa Varank da iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər