UNEC-in “Scopus” platforması üzrə metrik göstəriciləri təhlil edilib

UNEC-in “Scopus” platforması üzrə metrik göstəriciləri təhlil edilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Scopus” platforması üzrə metrik göstəriciləri təhlil olunub.
Builki verilənlərə əsasən, universitetin “Scopus” elmi nəşr platformasında müəllif profillərinin sayı 228-dən 236-ya yüksəlib.
Qeyd edək ki, müəllif profili tədqiqatçının bu bazada indekslənən jurnallarda elmi əsərləri dərc olunanda “Elsevier” şirkəti tərəfindən avtomatik olaraq yaradılır. UNEC-in struktur bölmələrindən mühəndislik və tətbiqi elmlər 21 faizlə, tətbiqi iqtisadiyyat 11 faizlə, iqtisadiyyat və işlətmə 9 faizlə bu göstərici üzrə ilk üçlükdə qərarlaşıb.
Təhlil Elmmetrika şöbəsi tərəfindən UNEC professor-müəllim heyətinin “Scopus” bazasındakı müəllif profillərinin verilənləri əsasında aparılıb.

Tehsil-press.az




Oxşar xəbərlər