3 mindən çox müəllimin maaşına 35 faiz əlavə olub

3 mindən çox müəllimin maaşına 35 faiz əlavə olub Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə start veriləcək.
Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədilə keçirilir. “48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Dəstək təlimləri müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq. 2742 nəfər ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq”.
R.Əzizov xatırladıb ki, 2022-ci ildə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiyalaşdırılmasına başlanılıb: “11202 müəllim sertifikasiya imtahanında iştirak edib .
O bildirib ki, ötən il imtahanlarda iştirak edən müəllimlərin 22%-i uğur qazana bilməyib: “Sertifikasiyada uğursuz nəticə göstərən ibtidai sinif müəllimləri bu il yenidən sertifikasiyaya cəlb olunacaq. İbtidai sinif müəllimlərinin 78 faizi sertifikasiya imtahanlarında uğur qazanıb. 5624 müəllimin maaşına 10, 3127 müəllimin maaşına isə 35 faiz əlavə olub”.

Tehsil-press.az


Oxşar xəbərlər