Emin Əmrullayev: Sertifikasiya imtahanlarında yaşı 25-29 arasında olan müəllimlər 100 faiz uğur qazanıb

Emin Əmrullayev: Sertifikasiya imtahanlarında yaşı 25-29 arasında olan müəllimlər 100 faiz uğur qazanıb Sertifikasiya imtahanlarında yaşı 25-29 arasında olan müəllimlər 100 faiz uğur qazanıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, yaşı 60-dan yuxarı olan müəllimlərin 68 faizi uğur əldə edib.
“40-55 yaş arası olan müəllimlər bizi daha çox narahat edir. Çünki onlar hələ bir neçə il təhsil sistemində olacaqlar”, - deyə Emin Əmrullayev vurğulayıb.
Qeyd edək ki, 50 baldan yuxarı nəticə göstərənlərin əməkhaqqına 35, keçid balını toplayanlara isə 10 faiz əlavə olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər