Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
Növbəti vebinar iyulun 6-sı saat 17:00-da ibtidai sinif müəllimləri üçün “Təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi"nin izahı mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Bakı Avropa liseyinin ibtidai sinif müəllimi, Təhsil İnstitutunun doktorantı, Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi üzrə mütəxəssis, müəllimlər üçün ixtisasartırmaya dair təlim vəsaitlərinin müəllifi, şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə didaktik material və qiymətləndirmə vasitələrinin müəllifi Pərvinə Qədimova çıxış edəcək.
Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
Tehsil-press.az