İbtidai sinif müəllimləri üçün təlimlər başa çatıb

İbtidai sinif müəllimləri üçün təlimlər başa çatıb Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən inkişaf planları təqdim olunmuş 10 tam orta məktəbin ibtidai sinif müəllimləri üçün təşkil edilən təlimlər başa çatıb.
Təlimlər 38, 75, 173, 227, 301, 178, 154, 35, 18, 51 nömrəli tam orta məktəblərin müəllimləri üçün keçirilib. Təlimlər ibtidai sinif müəllimlərinə metodik dəstəyin göstərilməsi, Azərbaycan dili, riyaziyyat fənləri, metodika və pedaqogika istiqamətində müəllimlərin yeni metod və yanaşmalarla tanış olaraq bilik və bacarıqlarının artırılması məqsədi daşıyıb.
Təlimlərdə “Oxuyub anlama bacarıqlarının artırılması”, “Azərbaycan dili dərslərində kommunikativ bacarıqların inkişafı”, “Müxtəlif tipli məsələlərin həlli”, “Sinfin idarə olunması”, “Pedaqogika və metodika”, “Dil qaydaları” mövzularında müzakirələr aparılıb, müvafiq tapşırıqlara uyğun qrup işləri həyata keçirilib. Müəllimlərə sertifikasiya imtahanına hazırlıq istiqamətində dəstək göstərilib. Təlimçi qismində Bakı Avropa Liseyinin müəllimi Pərvinə Qədimova, Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Metodik xidmət şöbəsinin mütəxəssisi Aynur Həşimova və 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Vəliyeva çıxış ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər