Xameneyinin antişiə üzü

Xameneyinin antişiə üzü “Şeytan çoxüzlüdür, bütün şeytanların başında isə İblis dayanır”.
Xameneyinin bu sözlərindən əslində onun özünün xislətini izah etmək üçün də istifadə etmək olar. Çünki İranın ali dini lideri postunu tutan və şiə dünyasının “ağası” kimi sırınan Xameneyinin rəhbərliyi altında molla rejiminin həyata keçirdiyi siyasət yalınız şeytanlıq və iblisliklə müqayisə edilə bilər.
Və Xameneyinin gerçək simasına nəzər yetirdikdə onun “dini lider” yox, İblis olduğu və birdən çox şeytan üzünə malik olduğu ortaya çıxır.
Xameneyinin antişiə üzü
İran rejimi inqilabdan sonra şiəliyin “hakimi” rolunu mənimsəməyə çalışsa da, gerçəkdə həyata keçirdikləri siyasət məhz şiəliyə qarşı olub. Xomeyni özünün “vilayəti-fəqih” ideologiyasını qəbul etdirmək naminə şiələrə divan tutulub.
Şiə dünyasına qarşı tətbiq edilə “parçala və hökm et” siyasəti təkcə İranın özündə 100 mindən çox inanclı insanın qətli ilə nəticələnib, çünki həmin insanlar gerçək İslamı qəbul edir, xomeyniçiliyi və “vilayəti-fəqih” planını istəmirdilər. İran-İraq müharibəsi də əslində şiə dünyasına qarşı “parçala və hökm et” siyasətinin davamı idi və 8 il ərzində 1 milyondan çox şiənin ölümü ilə nəticələndi.
Xomeyninin ölümündən sonra onun yerinə gələn Xameneyi şiə düşmənçiliyi siyasətini daha geniş formada həyata keçirib. Livanda şiələrin birliyini dağıdaraq, silahlı “Hizbullah” qruplaşmasını yaratdılar. Əfqanıstanda İranın dini siyasətini qəbul etmək istəməyən “xəzər şiələrinə qarşı solçu “Maoist” qruplaşmasını dəstəklədilər. Molla rejiminin şiə dünyasına qarşı bu cür terror hücumlarının siyahısı kifayət qədərdi.
Əhalisinin əksəriyyəti şiə olan Azərbaycana qarşı həyata keçirdikləri siyasət isə Xameneyi və rejiminin anti-şiəliyini sübut edən ən bariz nümunə hesab edilə bilər. Birinci və İkinci Qarabağ müharibələrində Xameneyi şiə azərbaycanlılara qarşı erməni terrorçuları dəstəkləyib.
Xameneyinin erməni üzü
Özünü şiələrin “lideri” kimi sırıyan Xameneyi son 30 ildə İslam düşməni olan Ermənistanı və erməni terrorçularını dəstəkləməkdən başqa heç nə etməyib.
- Birinci Qarabağ müharibəsində Xomeneyinin göstərişi ilə İran rejimi Azərbaycan torpaqlarını işğal edən xristian Ermənistana silahlar da daxil olmaqla müxtəlif vasitələrlə dəstək verdi;
- İşğalın mövcud olduğu 30 ilə yaxın dövrdə İran rejimi bunun davam etməsi üçün əlindən gələni etdi: Ermənistan siyasi, iqtisadi və enerji sektorunda dəstəkləndi, işğal altındakı ərazilərdə separatizmin inkişafı istiqamətində lazımi olan hər şey edildi, bütün sərvətlərimizin talan edilməsinə dəstək verildi və bütün bunlar Xameneyinin başında dayandığı siyasət idi;
- İşğal olunmuş ərazilərdə, o cümlədən, Ermənistanda qalan Azərbaycan maddi-mədəni irsinin erməniləşdirilməsi ilə yanaşı, farslaşdırılması da Xameneyinin siyasətinin əsas xətlərindən olub: Şuşadakı məscidin İran şirkətləri tərəfindən bərpa edilməsi, İrəvandakı Göy məscidin bərpa edilərək, fars məscidi kimi təqdim edilməsi və s. bu məkrli siyasətin tərkib hissəsi idi;
- 44 günlük müharibədə Xameneyi Azərbaycanın haqq mübarizəsini “bölgədə terrorçular var” iddiası ilə ləkələməyə cəhd etdi və döyüşlərin davam etdiyi vaxt İran rejimi işğalçılara hərbi-kəşfiyyat xarakterli dəstək verdilər, hətta ordumuzun qarşısını kəsərək, döyüşlərin gedişinə təsir etməklə daha çox əsgərimizin şəhid olmasına şərait yaratdılar;
- Xameneyi Zəngəzur məsələsində Azərbaycana qarşı çıxan əsas fiqurdur və hətta o, tarixi saxtalaşdırmaq namin olsa belə, cəmi 100 il öncə Ermənistana verilən Zəngəzur bölgəsini min illik erməni torpağı adlandıracaq qədər erməni sevgisinə malikdir;
- Xameneyi Ermənistanın sərhədlərini “qırmızı xətt” elan edir, bu ölkəyə siyasi-iqtisadi-hərbi formada dəstək verir, Azərbaycana qarşı silahlandırır, eyni zamanda, Qarabağdakı separatçı-terrorçuların qalıqlarını müxtəlif yollarla dəstəkləyir;
Xameneyinin terror üzü
İran rejiminin son 40 ildə terroru dövlət siyasətinin əsas vasitəsinə çevirdiyi sirr deyil
ABŞ Dövlət Departamentinin 22 may 2020-ci il tarixli “İranın xaricdəki sui-qəsdləri və terror fəaliyyəti” adlı hesabatında qeyd olunur ki, “1979-cu ildə hakimiyyətə gəldikdən bəri İran rejimi 40-dan çox ölkədə sui-qəsdlərdə, terror planlarında və terror aktlarında iştirak edib”.
Bu ölkələr əsasən Yaxın Şərq, Avropa və Cənubi Qafqaz coğrafiyasında yerləşir. Yaxın Şərqdə Suriya, Livan, Yəmən və digər ölkələr İranın terror aktlarının hədəfindədir. Avropada Fransa, Yunanıstan, yunan Kipri, İsveç kimi ölkələr molla rejiminin terror hədəfi olub. Cənubi Qafqazda terror hədəfi olan əsas ölkə isə Azərbaycandır.
Xameneyinin terror üzünü son dövrlər Azərbaycan olaraq daha aydın görə bilirik. Tehrandakı səfirliyimizə qarşı törədilən teraktın əmrinin Xameneyi tərəfindən verildiyi şübhə doğurmur. O cümlədən, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı terror hücumunun əmrinin də İrandan verildiyi ehtimalları göz önündədir. Akademik Ziya Bünyadov, yazıçı Rafiq Tağının qətlini sifariş verənin Xameneyi olduğu artıq isbatlanıb. İran rejimi bu azərbaycanlıları məhz fikirlərinə görə qətlə yetirdi, Fazil Mustafanı fikirlərinə görə hədəf seçdikləri kimi.
Tehran rejimi Xameneyinin əmri ilə açıq şəkildə Azərbaycanı terrorla hədələyir və bu terror təkcə praktiki addımlarla yox, informasiya cəbhəsində də aparılır. İranın dövlət agentlikləri də daxil olmaqla media resursları Azərbaycana qarşı informasiya terrorunu hər keçən gün artırır.
Və bir də Xameneyinin bütün bu üzərini “azərbaycanlı” adı altında gizlətdiyi gerçək üzü var.
Xomeynidən sonra onun yerinə gələn Xameneyini “böyük azərbaycanlı” kimi təqdimatını həyata keçirirlər. Hərçənd, bu təqdimatın altında böyük məkrli plan yatır.
Həm prezident, həm dini lider olduğu dövrdə Xameneyinin əsas siyasəti azərbaycanlılara qarşı olub və məsələ təkcə İran naminə cənubdakı soydaşlarımızın haqlarının boğulması ilə yekunlaşmır, eyni zamanda, Azərbaycan dövlətinin mövcudluğuna qarşı da əlindən gələni edib. Onun Azərbaycana və azərbaycanlılara qarşı terror da daxil olmaqla bütün vasitələrlə siyasət aparması bu şəxsin azərbaycanlı olmadığını deməyə kifayət edir. Lakin Xameneyinin etnik kimliyi də onun azərbaycanlı olmadığının ispatıdır.
Əli Hüseyn Xameneyi ona görə “Xameneyi” adlanır ki, əslinin Təbriz yaxınlığındakı Xamnədən olduğu haqda məlumatlar var. Daha doğrusu, onun bu qəsəbədə doğulduğu, ona görə əslən “azərbaycanlı” olduğu deyilir. Hərçənd, Xameneyinin bütün dillərdəki rəsmi bioqrafiyasında Xamnənin adı qeyd olunmur. Xameneyi 1939-cu ildə İranın Xorasan vilayətinin Məşhəd şəhərində anadan olub. Uşaqlığı bu şəhərdə keçib. Atası Seyid Cavad Nəcəfdə, anası Xədicə isə Məşhəddə doğulub, əslən İsfahandan olan Haşim Mirdamədin qızıdır. Seyid Cavad bir müddət Məşhəddə yaşayıb, Xameneyi də bu şəhərdə anadan olub. Daha sonra onun atası müəyyən müddətdə Xamnədə yaşamağa məcbur olub. Bunun səbəblərindən biri də şah rejiminin din xadimlərini Məşhəddən uzaqlaşdırmaq siyasəti idi. Xameneyinin atası Cavadın əsli İranın Mərkəzi vilayətinin Təfreş şəhərindəndir, əcdadları da 28 nəsil bu şəhərdə yaşayıb. Bu şəhərin sakinləri də, əsasən farslardır. Xamnədən yolu keçməsi onların azərbaycanlı olması deyil, sadəcə olaraq, şah rejimində pasport alarkən Xamədə olduğu üçün adlarının sonluğuna Xameneyi, yəni “Xamnədən olan” əlavə edilir. Xameneyi də heç vaxt xatirələrində Xamnənin adını çəkməyib.
Onun “azərbaycanlı” kimi sırınmasında məqsəd Cənubi Azərbaycandakı soydaşlarımızın, həm də din xadimlərinin İran rejiminə bağlılığına nail olmaqdır. Xameneyinin bütün şüurlu fəaliyyəti boyunca Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyəti, milli hərəkatın yox edilməsi naminə radikal addımları da onun gerçək kimliyindən və paniranizm xəttinə sadiqliyindən qaynaqlanır.
Faktlar təsdiq edir ki, birdən çox üzü olan Xameneyinin gerçək mahiyyəti anti-şiə, ermənipərəstlik və terrordan ibarətdir. O, bütün bu üzlərini “azərbaycanlı” adı altında gizlətməyə çalışsa da, molla rejiminin Azərbaycana qarşı məkrli və düşmən siyasəti artıq üzlərindəki maskanın cırılması ilə nəticələnir.

Tehsil-press.az



Oxşar xəbərlər