Azərbaycanda səfərdə olan Amerika Hüquq Məktəbinin təsisçiləri Ketevan Jeladze və Maia Meskhi martın 30-da Vəkillər Kollegiyasında olublar.
Qonaqları salamlayan Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə çoxsaylı təhsil müəssisələri və beynəlxalq təşkilatlarla memorandumlar imzalanaraq xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib və vəkillərin peşə hazırlığının artırılmasının VK üçün vacib elementlərdən biri olduğunu vurğulayıb.
Səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar ölkəmizə səfər etməkdən məmnun olduqlarını deyib və VK ilə əməkdaşlığın üstünlüklərindən danışıblar.
Bildirilib ki, SAL proqramı ilk il üzrə Gürcüstanda iki semestr davam edir. İki semestrlik proqramı bitirdikdən sonra, məzunlar Çikaqo-Kentdə hüquq üzrə magistr (LLM) təhsillərini davam etdirə bilərlər.
Sonra Amerika Hüquq Məktəbi ilə VK arasında anlaşma memorandumu imzalanıb.
Əldə olunmuş razılığa əsasən, Kollegiyanın üzvləri müstəsna olaraq aşağıdakı güzəştləri əldə edirlər::
Qəbul zamanı Vəkillər Kollegiyası üzvlərinə üstünlük;
VK-nın üzvləri SAL proqramı təhsili üçün əlavə 10% endirim (SAL üçün sabit təhsil haqqı 6500 dollar əvəzinə, 5850 dollar);
Müraciət edən hər 10 vəkil üzrə, 2 vəkilə tam təqaüd (seçim SAL proqramı və Vəkillər Kollegiyası tərəfindən şəffaf prosedur əsasında aparılacaq və elan olunacaq);
Amerikalı müəllim tərəfindən pulsuz onlayn hüquqi ingilis dili kursu;
Amerikalı professorlar tərəfindən Vəkillər Kollegiyasının üzvləri üçün xüsusi təlimlər və master-klaslar.
Daha sonra, Çikaqo-Kent Hüquq Kollecində isə təqdim olunan güzəştlər:
SAL məzunları magistratura təhsilini başa vurub LLM diplomunu bir tədris ili əvəzinə bir semestrdə qazana və 43 800 dollar əvəzinə, sabit 10 000 dollar ödəyə bilər;
GPA 3.8-dən yuxarı olan SAL məzunlarına tam 100% təhsil təqaüdü verilir;
SAL məzunları IELTS/TOEFL imtahanlarından azad edilir;
LL.M semestri SAL-dan dərhal sonra və ya SAL-ı bitirdikdən sonra üç tədris ili ərzində istənilən semestrdə davam etdirilə bilər;
Çikaqo-Kentin daxili innovativ hüquq klinikaları vasitəsilə praktiki təcrübə;
Çikaqo hüquq icması, ən yaxşı özəl hüquq firmaları, korporasiyalar və müxtəlif vəkil qurumları ilə birbaşa əlaqələr və təcrübə fürsətləri;
Çikaqo-Kentdə iki semestr keçirən tələbələr ABŞ-da “OPT”-yə daxil ola bilərlər (12 aylıq təhsildən sonrakı iş icazəsi);
Çikaqo-Kentdə iki semestrdən sonra məzunlar ABŞ-da vəkillik imtahanı verə bilərlər.
“Bu proqrama müraciət qaydaları barədə məlumat bütün vəkil qurumlarına və fərdi qaydada fəaliyyət göstərən vəkillərə www.barassociation.az üzərindən şəxsi kabinet vasitəsilə göndəriləcək, eyni zamanda, daxili qruplarımızda paylaşılacaqdır. Namizədlər üçün keçiriləcək hüquqi ingilis dili kurslar, xüsusi təlimlər və master-klaslar barədə əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunub.
Tehsil-press.az