Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələ ilə əlaqədar daha 6 vilayət təbii fəlakət bölgəsi elan edilib.
Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb.
Məlumata görə, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğde və Batmanda yerləşən bəzi yaşayış məntəqələri də zəlzələnin təsirinə məruz qaldığından bu ərazilər də, həmçinin təbii fəlakət bölgəsi elan edilib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin 11 vilayəti və Sivasın Gürün rayonu təbii fəlakət bölgəsi elan edilib.
Tehsil-press.az