Almaniyada dövlət qurumlarına kiberhücum olub

Almaniyada dövlət qurumlarına kiberhücum olub Almaniyanın bir çox ərazilərində dövlət qurumlarının rəsmi saytlarına kiberhücum edilib.
Berlin Daxili İşlər Nazirliyinin Rəqəmsallaşdırma üzrə müşaviri Ralf Kleindiek RBB Televiziya Kanalına bildirib ki, bu hücum əyalət hökumətinin internet saytlarına edilən ən böyük hücumdur.
Kleindeik hücum səbəbiylə internet səhifələrinin yavaşladığını, internet infrastrukturunun təsirlənmədiyini və məlumatların oğurlanmadığını vurğulayıb.
Aşağı Saksoniyanın Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, ölkə xaricindən internet səhifələrinə sıx giriş olub və kiberhücumlarla bağlı araşdırma başlanıb.

Tehsil-press.az



Oxşar xəbərlər