Azərbaycanda müxalifət saytlarına giriş bağlandı

Azərbaycanda müxalifət saytlarına giriş bağlandı Azərbaycanda bir sıra müxalifət nəşrlərinin saytlarına giriş bağlanıb. Təxminən axşam saat 5-dən etibarən “Azadlıq” radiosunun, “Azadlıq” qəzetinin və “Meydan” portalının saytlarını açmaq qeyri-mümkündür.

Saytların bloklanmasının səbəbləri və girişin nə vaxt bərpa olunacağı bəlli deyil. Bu saytların rəhbərlərinin bildirdiklərinə görə, giriş yalnız Azərbaycan ərazisi üçün məhdudlaşdırılıb. Digər ölkələrin ərazisindən saytlara problemsiz daxil olmaq mümkündür.

Təhsil-press.az

Oxşar xəbərlər