ADNSU-da “Təhlükəsiz İnternet Günü – 2018” mövzusunda konfrans keçirilib

ADNSU-da “Təhlükəsiz İnternet Günü – 2018” mövzusunda konfrans keçirilib Fevralın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, ADNSU və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz İnternet Günü – 2018” mövzusunda konfrans keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə ətraflı məlumat verib.
Konfransın aktual mövzuya həsr olunduğunu qeyd edən rektor internet təhlükəsizliyinin vacibliyi ilə bağlı fikirlərini bildirib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov internetdə informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və internet hücumlardan qorunmaq üzrə aparılan işlərdən danışıblar.
Tədbirdə müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və digər mövzularda təqdimatlar dinlənilib, müzakirələr aparılıb.

Hüseyn Şərifov

Oxşar xəbərlər