İran polisi şənbə günü bildirib ki, məcburi geyim qaydalarına əməl etməyən qadınların sayının artmasının qarşısını almaq üçün ictimai yerlərdə və küçələrdə kameralar quraşdırılır.
Bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb. Polisin bəyanatında deyilir ki, başıaçıq gəzən qadınlar ilk mərhələdə bunun nəticələri barədə xəbərdarlıq məktubları alacaqlar. İranın ədliyyə orqanlarının dövlət mediası tərəfindən yayılan bəyanatında bu addımın “hicab qanununa qarşı müqavimətin qarşısının alınması” məqsədi daşıdığı, bu cür müqavimətin ölkənin mənəvi imicinə xələl gətirdiyi və etibarsızlıq mühiti yaydığı vurğulanıb.
Ötən ilin sentyabrında əxlaq polisinin nəzarətində olan 22 yaşlı Məhsa Əmininin qətlə yetirilməsindən sonra daha çox iranlı qadınların çadralarını atması müşahidə olunub. Məcburi geyim qaydalarına məhəl qoymadıqları üçün həbs olunma riski ilə üzləşən qadınlar hələ də ölkənin müxtəlif yerlərində - ticarət mərkəzlərində, restoranlarda, mağazalarda və küçələrdə açıq şəkildə görünürlər. Əxlaq polisinə müqavimət göstərən başıaçıq qadınların videoları sosial şəbəkələri bürüyüb. Bu vəziyyətdən narahat olan İran polisi müəssisə sahiblərini ictimai normalara riayət olunmasına ciddi nəzarət etməyə çağırıb.
İranda 1979-cu il İslam inqilabından sonra tətbiq edilən şəriət qanunlarına görə, qadınlar öz əndamlarını gizlətmək üçün saçlarını örtməli və uzun, geniş paltar geyinməlidir. Qanunu pozanlar ictimai qınaq, cərimə və ya həbslə üzləşiblər.
Martın 30-da İran Daxili İşlər Nazirliyinin bəyanatında hicabın “İran xalqının sivilizasiya əsaslarından biri” olduğu, bu mövzuda heç bir güzəşt olmayacağı bildirilib.
Tehsil-press.az