ABŞ-dən İranın bu rəsmi şəxslərinə sanksiya

ABŞ-dən İranın bu rəsmi şəxslərinə sanksiya ABŞ İranda etirazçılara davam edən zorakılıqlarla əlaqəli rejim rəsmilərinə qarşı sanksiyaların tətbiq edib.
Bu haqda ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
Açıqlamada bildirilib ki, İranın baş prokuroru Məhəmməd Montazeri sentyabr ayında etirazlar zamanı həbs olunanların əksəriyyətinə ağır cəzalar verilməsi ilə bağlı məhkəmələrə göstəriş verdiyi üçün sanksiya siyahısına salınıb.
Bəyanatda İran İnqilab Keşikçiləri Ordusunun nəzarətində olan paramilitar təşkilat olan Əsas qüvvənin iki yüksək rütbəli məmurunun, İran İnqilab Keşikçiləri Ordusunun iki rəsmisinin də sanksiyalar siyahısına əlavə edildiyi bildirilib.
Həmçinin İranın hüquq-mühafizə orqanları üçün avadanlıq istehsal edən İranın “İmen Sanat Zaman Fara” şirkətinə də sanksiyaların tətbiq ediləcəyi qeyd olunub.
Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Aksiyalar zamanı 10 mindən çox etirazçı həbs olunub. Onlar arasında xarici ölkə vətəndaşları da var.

Tehsil-press.az

Oxşar xəbərlər