Çin Silahlı Qüvvələri aprelin 10-da Tayvan ətrafında hərbi manevrləri başa vurub.
Bu barədə ÇXR Xalq Azadlıq Ordusunun şərq zonasının döyüş komandanlığı məlumat yayıb.
“Çin Silahlı Qüvvələri aprelin 8-10-da Tayvan ətrafında keçirilən “Birləşmiş iti qılınc” təlimlərini və patrulu uğurla yekunlaşdırıb”, - deyə bəyanatda bildirilir.
Təlimlərin gedişində Çin ordusu real hərbi münaqişə şəraitində müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyət bacarıqlarını nümayiş etdirib. “Hərbi komandanlığın şərq zonası istənilən an döyüşə hazırdır”, - deyə bəyanatda vurğulanır.
Komandanlıq xəbərdarlıq edib ki, Çin ordusu Tayvanın müstəqilliyinə can atan separatçıların, həmçinin ölkənin daxili işlərinə qarışmağa cəhd göstərən xarici qüvvələrin planlarına qətiyyətlə mane olur.
Tehsil-press.az