BDU-da elmi seminar: Davamlı inkişaf məqsədləri və təhsil sahəsində tətbiqləri

BDU-da elmi seminar: Davamlı inkişaf məqsədləri və təhsil sahəsində tətbiqləri Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Şahin Pənahov “Davamlı inkişaf məqsədləri və təhsil sahəsində tətbiqləri” adlı elmi seminar keçirib.
Ş.Pənahov Davamlı İnkişaf Məqsədləri (DİM), hədəfləri və göstəriciləri, bəşəriyyətin qlobal, regional, milli və lokal səviyyələrdə qarşılaşdığı müxtəlif problemlərin həlli üçün hazırlanmış konsepsiya və 2016-2030-cu illəri əhatə edən inkişaf proqramı haqqında məlumat verib. O qeyd edib ki, hazırda qlobal göstəricilər sisteminə 231 DİM göstəricisi daxildir. Təkrarlanan göstəricilər də daxil olmaqla DİM göstəricilərinin ümumi sayı 248-dir.
Sonra məruzəçi Davamlı İnkişaf Məqsədlərinin təhsil və bioloji müxtəlifliklə bağlı məsələləri, Azərbaycanda DİM-in tətbiqi sahəsində qazanılmış nailiyyətlər və qarşıda duran çağırışlar barədə məlumat verib.
Şahin Pənahov dayanıqlı inkişaf üzrə yeni milli strategiya, proqram və fəaliyyət planlarının hazırlanmasının, yüksəkkeyfiyyətli, aktual, etibarlı və daha müfəssəl məlumatların əldə olunması məqsədilə statistika potensialının gücləndirilməsinin, milli şərait və prioritetlərə uyğun olaraq vətəndaş cəmiyyəti, dövlət və özəl sektor, habelə digər maraqlı tərəflərin cəlb edilməsi ilə səmərəli, sistemli və müntəzəm qiymətləndirmə mexanizminin formalaşdırılmasının zəruriliyini vurğulayıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər