Xəzər Universitetində onlayn seminar: Ali təhsildə davamlılığın təşviqi

Xəzər Universitetində onlayn seminar: Ali təhsildə davamlılığın təşviqi Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün növbəti virtual tədqiqat seminarı keçirilib.
Seminar Valensiya Politexnik Universitetinin əməkdaşı Elena de la Pozanın təqdimatında “Ali təhsildə davamlılığın təşviqi: davamlı inkişaf məqsədləri” mövzusunda təşkil olunub.
Qeyd edilib ki, ali təhsil müəssisələrində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün müxtəlif səylər göstərilir, həmçinin universitetlərin fəaliyyətinin qiymətləndirilməsi aparılır.
Elena de la Poza qatıldığı tədqiqat qrupu ilə birlikdə ali təhsil müəssisələrində Dayanıqlı İnkişaf Məqsədlərinə dair görülmüş işlərlə bağlı apardığı tədqiqat və onun nəticələrini seminar iştirakçılarına təqdim edib.
Təqdimatı maraqla qarşılayan iştirakçılar müzakirə aparıblar.

Tehsil-press.az



Oxşar xəbərlər