Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə universitetdə “Dayanıqlı inkişaf məqsədləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada ADPU-nun rəhbərliyi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ziyad Səmədzadə, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, müəllim və tələbələr iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov akademik Ziyad Səmədzadəni universitetin kollektivi adından salamlayıb. Rektor ADPU-nun fəaliyyəti haqqında məlumat verərək bildirib ki, universitet 100 illik yubileyinə yaxınlaşır. Fəaliyyət göstərdiyi müddət ərzində ADPU xalqımıza, ölkəmizə böyük xidmətlər göstərib. ADPU-da 160 mindən çox pedaqoji kadr hazırlanıb. Onların arasında böyük alimlər, ictimai-siyasi xadimlər, ziyalılar var. ADPU-da filiallarla birlikdə 18 minə yaxın tələbə təhsil alır. Son illər ölkəmizdə həyata keçirilən səmərəli və məqsədyönlü tədbirlər nəticəsində müəllim peşəsinə maraq xeyli artıb. Dayanıqlı inkişafın kökündə təhsil, məktəb, müəllim dayanır. Universitetdə “Dayanıqlı inkişaf məqsədləri” mövzusunda dəyirmi masanın keçirilməsi təqdirəlayiqdir.
Tədbirdə akademik Ziyad Səmədzadə “Azərbaycanın davamlı inkişafı: reallıqlar, perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Akademik Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində iqtisadi cəhətdən yoxsulluq şəraitində yaşayırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan iqtisadi inkişaf yoluna çıxdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik kursunu uğurla davam etdirməsi nəticəsində bu inkişaf daha da sürətləndi. Azərbaycan ötən 25 il ərzində iqtisadi cəhətdən dünyanın bir çox ölkələrini geridə qoyub. Ölkəmizdə əhalinin məşğulluğu, ərzaq təhlükəsizliyi təmin edilib. Yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Beynəlxalq maliyyə böhranına baxmayaraq, ötən illər ərzində Azərbaycan öz dinamik inkişaf sürətini qoruyub-saxlaya bilib. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı və modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələləri uğurla həll edilir. Dövlət başçısının düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə qeyri-neft sektoru inkişaf edir. Azərbaycan regionun lider dövləti olaraq, dünyadakı yerini və mövqeyini daha da gücləndirib. Azərbaycanın regionları sürətlə inkişaf edir, yeniləşir, müasirləşir. Bu da dayanıqlı inkişafın məqsədlərindən biridir. Ümumilikdə dayanıqlı inkişaf həyatımızın bütün sahələri ilə bağlıdır. Azərbaycan dövləti son 15 ildə qarşısına qoyduğu bütün iqtisadi hədəflərə çatıb.
Professor Asəf Zamanov, professor Buludxan Xəlilov, dosent Şahin Pənahov, kimya üzrə elmlər doktoru Əli Zalov, dosent Aydın Ələkbərov və başqaları maraqlı və aktual əhəmiyyət kəsb edən məruzəyə görə akademik Ziyad Səmədzadəyə təşəkkür edərək dayanıqlı inkişafla bağlı öz fikir və mülahizələrini bölüşüblər.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi