Rusiya Prezidentinin Qazaxıstana səfəri gözlənilir

Rusiya Prezidentinin Qazaxıstana səfəri gözlənilir Rusiya Prezidenti Vladimir Putinin bu ilin payızında Qazaxıstana səfəri gözlənilir.
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Rusiya XİN başçısı Sergey Lavrov ilə görüşündə səfərin təşkilinə dəstəyə görə təşəkkürünü bildirib.
Bu ilin payızında Qostanay şəhərində XIX Regionlararası Əməkdaşlıq Forumunun keçirilməsi nəzərdə tutulur. Rusiya Prezidenti Vladimir Putinin forumda iştirakı gözlənilir.
Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu Moskvada səfərdədir. O, Rusiya XİN başçısı Sergey Lavrov ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya ilə əməkdaşlığın inkişafını ölkəsi üçün prioritet məsələ adlandırıb və hazırda iki dövlət arasında heç bir problemin olmadığını deyib.

Tehsil-press.az



Oxşar xəbərlər