Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir

Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir.
Bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə söyləyib. O deyib ki, bu proses Rusiyanın iştirakı ilə başlanılıb.
“Əminik ki, münasibətlərin “istiləşməsi” bütövlükdə Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına kömək edəcək, regionda uzunmüddətli sabitliyin yaranmasına töhfə verəcək”, - deyə Rusiya XİN rəsmisi bildirib.
M.Zaxarova qeyd edib ki, son vaxtlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi sürətlənib və Rusiya bundan sonra da prosesə mümkün dəstək verməyə hazırdır.

Tehsil-press.az




Oxşar xəbərlər