“Xalqımız Qərbin Türkiyə ilə bağlı planlarını seçkilər günü pozacaq”

“Xalqımız Qərbin Türkiyə ilə bağlı planlarını seçkilər günü pozacaq” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı maraqlı açıqlama verib.
O, seçkilərin bir turla məhdudlaşacağına ümid etdiyini bildirib.
Prezidentin fikrincə, 14 may seçkilərində Qərbin Türkiyə ilə bağlı öz planları var:
"Bu seçkilərin nəticələri təkcə Qərbdə deyil, İslam ölkələrində də yaxından izlənilir. Bununla yanaşı, Əldə etdiyimiz nəticələrə görə, Qərb Ərdoğanın əleyhinədir. Amma xalqımız mayın 14-də bu planları pozacaq. Biz indi öz işlərimizlə məşğuluq. Buna görə də 14 may seçkiləri tarixdə dönüş nöqtəsi olacaq”.

Tehsil-press.az




Oxşar xəbərlər