Meksikada silahlı şəxs kurort şəhərində 7 nəfəri qətlə yetirib

Meksikada silahlı şəxs kurort şəhərində 7 nəfəri qətlə yetirib Meksikanın Quanajuato əyalətindəki Kortazar kurort şəhərində silahlı şəxs hovuz kənarında istirahət edən insanlara atış açıb.
Terror aktı nəticəsində biri 7 yaşlı uşaq olmaqla, 7 nəfər həlak olub. Meksika rəsmiləri bildiriblər ki, bu bölgə narkotik alveri ilə məşğul olan kartelin nəzarətində olan ərazidir. Cinayətkar qruplaşma kiçik Kortazar şəhəri yaxınlığında narkotik maddə istehsalını həyata keçirir və tez-tez vəhşi qırğınlar törədir. İnsedent zamanı ağır yaralanan bir nəfər isə hospitala çatdırılıb.
Kortazar şəhərinin polis departamenti ətrafda olan təhlükəsizlik kameralarının görüntülərini araşdırır. Naməlum terrorçunun yaxalanması üçün bölgədə əməliyyat tədbirləri həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər