ABŞ-da Milad paradı zamanı yolsuzluq avtomobili ilə parad iştirakçılarını vuran sürücü tək olub.
Bu barədə Uokeşa şəhərinin polis rəisi Den Tompson mətbuat konfransında məlumat verib.
"Şübhəli şəxs hadisə yerinə yaxın yerdə saxlanılıb. Biz onun tək hərəkət etdiyinə əminik", - polis rəisi deyib.
Polis terror aktı versiyasını təkzib edib: "Bu, terror aktı deyil".
Bildirib ki, şübhəli 39 yaşlı Darrell Bruksun təqibdən qaçaraq bayram korteji iştirakçılarına çırpılması ilə bağlı deyilənlər şayiədir.
O, əlavə edib ki, polislərdən biri avtomobilə atəş açıb, lakin yoldan keçənlərə xəsarət yetirməmək üçün tezliklə atəşi dayandırıb. Bruks həbs zamanı xəsarət almayıb, o, qəsdən adam öldürmədə beş maddə ilə ittiham olunur.
Xatırladaq ki, baş verən insident zamanı 5 nəfər ölüb, 48 nəfər isə yaralanıb. Yaralılardan 2 uşaq ağır vəziyyətdədir.
Tehsil-press.az