ADPU-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib

ADPU-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi keçirilib.
Sərgidə universitet rəhbərliyi və professor-müəllim heyəti və tələbələrlə yanaşı, “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində Bakıda səfərdə olan Danimarkanın Kopenhagen Universitet Kollecinin (KUK) müəllimləri Lise Halkier və Lotte Klint iştirak ediblər.
Sərginin açılışında çıxış edən universitetin rektoru professor Cəfər Cəfərov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə ADPU-da silsilə tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb. Rektor bildirib ki, universitetdə mütəmadi olaraq Ümummilli Liderin xatirəsinə həsr olunmuş elmi konfranslar, gənc alim və tədqiqatçılar arasında müsabiqə, Heydər Əliyev dərsləri, ekskursiyalar, tələbə və magistrantlar arasında maarifləndirici, ədəbi-bədii tədbirlər, seminarlar və s. keçirilir.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov diqqətə çatdırıb ki, Kitabxana-İnformasiya Mərkəzinin fondunda Ulu Öndər Heydər Əliyevin əsərləri və onun haqqında müxtəlif dillərdə çoxsaylı ədəbiyyatlar yer alır. Prorektor diqqətə çatdırıb ki, Pedaqoji Universitetin Kitabxana-İnformasiya Mərkəzində Heydər Əliyevə aid ümumilikdə 344 adda 1572 nüsxə kitab mövcuddur ki, onlardan da 153 adda 1202 nüsxə ədəbiyyat Ümummilli Liderin əsərləri, 191 adda 370 nüsxə ədəbiyyat isə Ümummilli Lider haqqında yazılmış kitablardır. Bildirilib ki, kitabxanada Heydər Əliyevlə bağlı Azərbaycan dili ilə yanaşı (latın və kiril əlifbası ilə), rus, türk, ingilis, fransız, ərəb, fars və serb dillərində olan ədəbiyyatlar var.

Tehsil-press.az


Oxşar xəbərlər