Azərbaycanda “Ana dili – qəlbin aynası” Olimpiadasının ikinci mərhələsi keçirilir

Azərbaycanda “Ana dili – qəlbin aynası” Olimpiadasının ikinci mərhələsi keçirilir Mingəçevir şəhəri 10 saylı ümumtəhsil məktəbində Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından 7-9-cu sinif şagirdlərinin iştirak etdiyi Olimpiadanın onuncu turu keçirilib.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi – Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, məktəb direktoru Yeganə Kərimova, Mingəçevir şəhəri regional təhsil sektorunun metodisti Gündüz Abbasov, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina Olimpiada iştirakçılarını salamlayıb.
Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova tamaşaçıları musiqi nömrələri ilə sevindirib.
Olimpiadanın ikinci mərhələsi aprel–iyun ayları dövründə esse formasında keçiriləcək, onun çərçivəsində ümumtəhsil müəssisələrinə baş çəkməklə 1100 məktəblinin iştirak etdiyi Azərbaycanı şəhər və rayonlarına regional turlar təşkil olunacaq.
Bu il Olimpiada eyni zamanda bir neçə əlamətdar tarixlərə: “Rus dilində olimpiada” layihəsinin 15 illiyi; Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi; şair və yazıçı Mixail Lermontovun 209 illiyi; Azərbaycan şairi və yazıçısı Mirzə Fətəli Axundzadənin 211 illiyinə həsr olunub.
Rus dilində Olimpiada Azərbaycan Dillər Universiteti və Bank VTB-Azərbaycanın dəstəyi ilə Bakıdakı Rus Evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən keçirilir.
Bundan başqa, Olimpiada çərçivəsində bədii ədəbiyyat və metodik kitablar məktəbin istifadəsinə verilib.

Tehsil-press.az



Oxşar xəbərlər