Rus dili və ədəbiyyatı üzrə XIV olimpiadanın qalibləri mükafatlandırılıb

Rus dili və ədəbiyyatı üzrə XIV olimpiadanın qalibləri mükafatlandırılıb Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Rus Dili Günü ərəfəsində rus dili və ədəbiyyatı üzrə XIV olimpiadaya yekun vurulması münasibətilə təntənəli mərasim keçirilib.
Tədbir Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Qeyd olunub ki, Azərbaycanda rus dilinə maraq azalmır, əksinə, getdikcə daha da artır. Gənclərin rus dilinə marağının təsadüfi olmadığı, bunun rus ədəbiyyatına, mədəniyyətinə sevgidən doğduğu bildirilib.
Çıxışlarda Azərbaycanın 14 ali məktəbində rus dilinin tədris olunduğu qeyd edilib. Azərbaycanla Rusiya arasında uzun əsrlərdən bəri yaxın dostluq münasibətlərinin olduğu və bu gün həmin estafetin yeni nəslə ötürüldüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Rus dili və ədəbiyyatı üzrə XIV olimpiadanın qaliblərinə diplom və sertifikatlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər