Azərbaycan regionlarında gənc qiraətçilərin “Canlı klassika” adlı müsabiqəsi keçirilib

Azərbaycan regionlarında gənc qiraətçilərin “Canlı klassika” adlı müsabiqəsi keçirilib Azərbaycan regionlarında gənc qiraətçilərin “Canlı klassika” adlı müsabiqəsi keçirilib. Layihənin təşkilatçısı Rusiyanın “Jivaya klassika” (“Canlı klassika”) fondu, müsabiqənin Azərbaycan Respublikasındakı kuratoru Azərbaycanın Rus Gənclər Assosiasiyasıdır. Müsabiqənin regional mərhələləri Bakıdakı Rus Evinin və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə keçirilib.
Sumqayıt şəhərindəki Poeziya Evində “Canlı klassika” müsabiqəsinin regional mərhələsi keçirilib. Beş uşağın iştirak etdiyi müsabiqədə 80 bal toplamış Afət Əsədova birinci yeri, ondan cəmi 1 bal geri qalan Alsu Fərziyeva ikinci yeri, 72 bal toplamış Nuray Məhərrəmova isə üçüncü yeri tutub.
“Canlı klassika” beynəlxalq müsabiqəsinin daha bir regional mərhələsi Zaqatala şəhərindəki “İstiqlal” təhsil mərkəzində keçirilib. 26 uşağın iştirak etdiyi bu müsabiqədə 90 mümkün xaldan hərəsi 84 xal toplamış Viktoriya Miloserdova, Yağmur Nəsrullayeva və Mədinə Hüseynli qalib gəlib.
“Canlı klassika” beynəlxalq müsabiqəsinin digər regional mərhələsi İsmayıllı rayonundakı İvanovka kəndində keçirilib. Burada Anastasiya Çebotaryeva 90 bal toplayaraq birinci yeri, Aleksey Radayev 87 bal ilə ikinci yeri, Viktoriya Sergeyeva 82 bal ilə üçüncü yeri tutub.
Regional mərhələlərin qalibləri martın 12-13-də Bakıdakı Rus Evində keçiriləcək Respublika finalının iştirakçıları olacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər