Bakıdakı Rus Evinin (RİMM) Rus Dili Tədris-Metodik Bazasında rus dili və ibtidai məktəb müəllimləri üçün seminar keçirilib.
Tədbirdə Bakıdakı 238 nömrəli məktəbin rus dili müəllimi Dilbər Məmmədova “Rus dili müəllimləri üçün təhsilin keyfiyyətinin artırılması şərtlərindən biri kimi rus dili dərslərində şagirdlərin biliyinin qiymətləndirilməsinə yeni yanaşmalar” mövzusunda mühazirə ilə çıxış edib. O, şagirdlərin biliklərinin qiymətləndirilməsinin əsas və forma metodları barədə danışıb.
“Evrika” liseyinin müəllimi Larisa Fərəcova tanınmış şair və yazıçılarla bağlı əlamətdar günlərə həsr edilmiş uşaq bayramlarının təşkili üzrə iş təcrübəsini bölüşüb. Şeirlərin, bədii əsərlərdən parçaların ifadəli deklamasiyasının öyrədilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Vurğulanıb ki, ifadəli oxu vərdişlərinə yiyələnmiş uşaqlar yaradıcı şəkildə düşünməyi bacarırlar, ona görə də müəllimin vəzifəsi uşaq bayramlarında iştirak etmək yolu ilə şagirdlərin qiraət vərdişlərini inkişaf etdirməkdir.
Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina “A.S.Puşkinin ədəbi əsərlərinin Azərbaycan dilinə və dünyanın digər dillərinə tərcümələri” mövzusuna həsr edilmiş “Puşkiniana” layihəsinə start verilməsi barədə danışıb.
2022-ci il aprelin sonunda başa çatdırılması nəzərdə tutulan layihədə orta ümumtəhsil məktəblərinin şagirdləri və ali məktəb tələbələri iştirak edəcəklər. Müsabiqədə ailə üzvləri də iştirak edə bilər. Bu layihəyə A.S.Puşkinin doğum gününə həsr edilmiş bayramda yekun vurulacaq.
Tehsil-press.az