Bakıdakı Rus Evində rus dili və ədəbiyyat müəllimləri üçün seminar keçirilib

Bakıdakı Rus Evində rus dili və ədəbiyyat müəllimləri üçün seminar keçirilib Bakıdakı Rus Evində rus dili və ədəbiyyat müəllimləri üçün seminar keçirilib. Tədbirdə Bakı şəhəri və Abşeron rayonu məktəblərinin müəllimləri iştirak ediblər. Seminarın mövzusu “İkidilli mühit şəraitində ədəbiyyat müəllimlərinin əsas kompetensiyalarının formalaşması” olub.
Mövzu üzrə Çeçenistan Dövlət Pedaqoji Universitetinin elmi və beynəlxalq fəaliyyət üzrə prorektoru Tamara Avtayeva və Çeçenistan Dövlət Pedaqoji Universitetinin Rus dili və tədrisi metodikası kafedrasının müdiri Raisa Buralova çıxış ediblər.
Çıxışlarda rus dilinin qorunub saxlanılması və təbliği, rusdilli sosial-mədəni və informasiya məkanının inkişafı, rus dili və mədəniyyət, rus dilinə yiyələnmə üzrə praktiki bacarıqlar sahəsində fasiləsiz təhsilin forma və metodlarının təkmilləşdirilməsi məsələləri əks olunub.
Sumqayıt şəhəri 11 saylı, 74 saylı, 23 saylı, Bakı şəhəri “məktəb-lisey”, Abşeron rayonunun Saray qəsəbəsinin 3 saylı məktəbi və digər məktəblərin rus dili müəllimləri öz təcrübələrini bölüşüblər.
Azərbaycan Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina seminara yekun vurub, rus dili müəllimlərini ən son metodik ədəbiyyatla tanış edib, lazımi tədris-metodiki ədəbiyyatı təqdim edib.

Tehsil-press.az



Oxşar xəbərlər