Yəmənin paytaxtı Sənada məktəbdə yaranan sıxlıq nəticəsində azı 78 nəfər ölüb

Yəmənin paytaxtı Sənada məktəbdə yaranan sıxlıq  nəticəsində azı 78 nəfər ölüb Hadisə müsəlmanların müqəddəs Ramazan ayının son günlərində baş verib. Reuters xəbər verir ki, xilasetmədə iştirak edən iki şahid agentliyə bildirib ki, yüzlərlə insan 5 min Yəmən rialı, adambaşına təxminən 9 dollar almaq üçün məktəbə toplaşıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, onlarla insanın ölümü ilə nəticələnən aksiyanın təşkilatçıları olduğu ehtimal edilən iki yerli iş adamı saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Nazirlik sözçüsü bildirib ki, hadisənin səbəbi yerli hakimiyyət orqanlarının razılığı olmadan yardım paylanmasıdır.
2015-ci ildə hökumət paytaxtdan devriləndən bəri, İran tərəfdarı Husilər, Sənanı idarə edir.
Adının açıqlanmasını istəməyən Husi təhlükəsizlik rəsmisi deyib: “Ölənlər arasında qadınlar və uşaqlar da var".
Şəhər səhiyyə rəsmisi bildirib ki, çoxlu sayda insan da yaralanıb, onlardan 13-nün vəziyyəti ağırdır.
İki şahidin dediyinə görə, Husi döyüşçülərinin izdihamı idarə etmək üçün havaya atəş açdığını bildirib. Ola bilsin ki, elektrik naqilləri zədələnib, çaxnaşmanı yaradan partlayış olub.
Yəmən 2015-ci ildə Husilər paytaxt da daxil olmaqla ölkənin qərbinin çox hissəsini nəzarətə götürdükdən sonra münaqişə kəskinləşdiyi üçün çətin günlər yaşayır. 23 milyondan çox insanın, əhalinin dörddə üçünün hər hansı formada yardıma ehtiyacı var.
Husilərin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi hadisənin Yəmən xalqının səkkiz illik döyüşlərdən sonra “ən pis qlobal humanitar böhranı” yaşamasının nəticəsi olduğunu deyib.
O, "Twitter" səhifəsində yazıb: "Biz baş verənlərə və Yəmən xalqının təcavüz və blokadaya görə yaşadığı acı reallığa görə, təcavüzkar ölkələr məsuliyyət daşıyır".

Tehsil-press.az

Oxşar xəbərlər