Yəmənin paytaxtında fövqəladə vəziyyət elan olunub

Yəmənin paytaxtında fövqəladə vəziyyət elan olunub Yəmənin paytaxtı Sənada vəba epidemiyası səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Təhsil-press.az-ın verdiyi məlumata görə, aprelin ayının sonundan Yəməndə vəba epidemiyasında 115 nəfər həlak olub.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Dominik Stilhart bildirib ki, ölkədə 8,5 mindən çox yoluxma halı qeydə alıblar.
Yəmən Səhiyyə Nazirliyi humanitar təşkilatları epidemiya ilə mübarizədə dəstək olmalarına çağırıb.

Təhsil-press.az

Oxşar xəbərlər