Terror aktı ölü sayı 49-a çatıb

Terror aktı ölü sayı 49-a çatıb Yəmənin paytaxt Ədəndə avqustun 1-də polis məntəqəsinin yaxınlığında törədilmiş terror aktından bir gün sonra iki hərbi parad zamanı qiyamçıların bombalı hücumları nəticəsində həlak olanların sayı 49-a çatıb. Bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
İlkin məlumatda terrorçuların paytaxtın Şeyx Osman rayonunda avtomobilə qoyulmuş bombanı partlatması nəticəsində 13 nəfərin öldüyü bildirilirdi. Hutsi qiyamçılarının iki silahlı qruplaşmasının Yəmən Silahlı Qüvvələrinin Al-Jalaa düşərgəsində və Al-Buraigeh rayonunda törətdiyi bombalı hücumlar nəticəsində isə 36 hərbi qulluqçu öldürülüb. Qeyd olunur ki, qiyamçılar hərbi düşərgəyə hücum zamanı dronlar və orta mənzilli raketlərdən də istifadə ediblər.
Yəmən polisinin məlumatına görə, partlayış nəticəsində yaralanmış 31 nəfərdən bir neçəsinin vəziyyəti ağırdır. Onları Sərhədsiz Həkimlər beynəlxalq tibb hərəkatının Ədəndə fəaliyyət göstərən hospitalına çatdırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər