Cənubi Koreyada Hellouin izdihamı - 146 nəfər ölən var

Cənubi Koreyada Hellouin izdihamı - 146 nəfər ölən var Cənubi Koreyanın paytaxtı Seulun İtavon rayonunda keçirilən Hellouin tədbiri zamanı izdiham yaşanıb.
Hadisə zamanı bir çox insanın infarkt keçirdiyi bildirilib.
“Yonhap” xəbər agentliyinin paylaşdığı məlumata görə, azı 59 nəfər ölüb, 150 nəfər yaralanıb.
Cənubi Koreya Prezidenti Yun Sok Yol yaralılara ilkin tibbi yardımın göstərilməsi və ərazinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təcili göstəriş verib.
Digər tərəfdən, yerli mətbuatda yer alan bəzi məlumatlara görə, adı açıqlanmayan bir məşhurun ​​gəlməsi ilə bağlı şayiələr yayıldıqdan sonra insanlar İtaevonda bir əyləncə məkanına axışaraq izdiham yaradıblar.
Qeyd edək ki, hakimiyyət orqanları hələlik insan tələfatı ilə bağlı rəsmi açıqlama verməyib.
Yerli media 100 minə yaxın insanın tədbirə qatılmaq üçün küçələrə axışdığını bildirib.
***
Seulda Hellouin şənliyindəki izdihamda ölənlərin sayı 120-yə yüksəlib.
“Yonhap” agentliyinin məlumatına görə, İtavonda baş vermiş hadisə yerində hazırda axtarış işləri aparılır. Xəstəxanalarda təxminən 100 nəfərin olduğu qeyd edilib.
***
Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.
Yaralıların sayı ən azı 150 nəfərdir.

Tehsil-press.az



Oxşar xəbərlər