Ronaldo artıq sevgilisindən şikayətlənməyə başlayıb

Ronaldo artıq sevgilisindən şikayətlənməyə başlayıb Kriştiano Ronaldo və Georgina Rodriguez arasındakı sevgi münasibətlərinin üzərində qara buludlar dolaşır. İspaniya mətbuatında yer alan xəbərə görə, ikili arasında fikir ayrılıqları var. Ronaldo sevgilisi Georginanın 2 vərdişindən artıq şikayətlənməyə başlayıb. Səudiyyə Ərəbistanının "Ən Nasir" komandasının formasını geyinən Kriştiano Ronaldo ilə sevgilisi Georgina Rodriguez arasında artıq soyuq münasibətlər yaranıb. Portuqaliyalı ulduz yaxın ətrafına şikayət edərək, Rodrigezin son aylarda eqoist və təkəbbürlü bir insana çevrildiyini bildirib. Dünyaca məşhur futbolçu sevgilisinin onunla və uşaqlarla maraqlanmamasından şikayətlənib.
İspaniya mətbuatına istinadən verilən məlumata görə, Ronaldo ilə sevgilisi Georgina Rodriguez arasındakı münasibətdə böyük problemlər artıq yaranmaqdadır. Rodrigez son aylarda eqoist və təkəbbürlü bir insana çevrildiyi üçün getdikcə münasibətlərin daha da pisləşəcəyi gözlənilir.
Laqeydlikdən bezdiyini bildirən Ronaldo Rodrigesin ailəni tez-tez tərk etməsindən çox narahat olduğunu bildirib. Portuqaliyalı ulduz sevgilisinin özünə və uşaqlara az diqqət yetirməsindən sıxıldığını və bu vəziyyətin böyük böhrana səbəb olduğunu bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər